• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOB İnkişaf Mərkəzi KOB subyektləri üçün maarifləndirici təlimlərə start verib

Motivasiya insanı hərəkətə gətirir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün biznes ideyası ilə yanaşı, yüksək motivasiya da önəmlidir. Bu məqsədlə Neftçala-Salyan KOB İnkişafı Mərkəzi tərəfindən iyulun 24-də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən və müvafiq biznes ideyası olan gənclər üçün motivasiya təlimi keçirilib. Hər biri 9 nəfərdən ibarət iki qrup şəklində təşkil olunmuş təlimdə biznes və iş adamı anlayışı, uğurlu biznes üçün atılacaq addımlar və biznes strategiyaları barədə ətraflı məlumat verilib.

İnteraktiv şəkildə həyata keçirilən təlimdə gənclər biznes ideyaları barədə danışıb, təlimçi-ekspert tərəfindən gənclərə KOB İnkişaf Mərkəzinin məsləhət xidmətləri barədə məlumat verilib.

Qeyd edək ki, Neftçala və Salyan şəhərlərində fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə maraq göstərən şəxslər bilik və bacarıqlarını artırmaq üçün Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin peşəkar ekspertləri tərəfindən keçirilən maliyyənin idarə edilməsi, marketinq, mühasibatlıq, hüquq, vergi, sığorta, insan resurslarının idarə edilməsi, kənd təsərrüfatı sahələri və s. təlimlərində heç bir ödəniş etmədən iştirak edə bilərlər. Bunun üçün www.neftcala.kobim.az saytı vasitəsilə birbaşa və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmək olar.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.