• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

"Strateji idarəetmə" mövzusunda məsləhət xidməti göstərilib

Neftçala-Salyan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən mövcud biznesini genişləndirmək istəyən sahibkara fərdi məsləhət xidməti göstərilib.

Kosmetik vasitələrin satış meneceri kimi fəaliyyət göstərən KOB subyekti Neftçala-Salyan KOBİM-nə bazar araşdırmaları və idarəetmə sahəsində öz bilik və bacarığını artırmaq niyyəti olduğunu bildirərək müraciət edib. Avqustun 6-da KOB subyektinə bazar sərhədlərinin müəyyən edilməsi, strateji idarəetmə, bazar araşdırması, Ludwing Con Bartelanffy-in "Ümumi sistem yanaşması" anlayışı, işçi qrupların subordinasiyası və mövzu ilə bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, zərurət yarandığı təqdirdə KOB subyektinə bu və ya digər mövzularla bağlı Neftçala-Salyan KOBİM tərəfindən məsləhət xidmətlərinin göstərilməsi davam edəcək.

Neftçala-Salyan KOB İnkişafı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. 

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.