• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən potensial sahibkarlara təlim keçirilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi sahibkarların və gələcəkdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən potensial Kob-ların maarifləndirilməsi istiqamətində təlim və məsləhət xidmətlərini davam etdirir.

Avqustun 9- da Neftçala rayonunun Xıllı qəsəbəsində yerləşən Peşə Təmayüllü Məktəbin tələbələri üçün təşkil edilib. Covid-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyyələri nəzərə alınaraq təlim iştirakçıları 2 qrupa bölünüb. Ümumilikdə 15 nəfərin iştirak etdiyi təlimlər "Sahibkar düşüncə tərzinin təşviqi məqsədilə motivasiya və könüllü fəaliyyət" mövzusuna həsr olunub.

Təlim zamanı iştirakçılara biznes ideyanın reallaşdırılması, uğurlu biznesdə motivasiyanın rolu və əhəmiyyəti, komanda işi, şəxsi inkişaf kimi önəmli məqamlar haqqında məlumatlar verilib. Mərkəzin eksperti həmçinin könüllü fəaliyyət və tarixi, könüllü olmaq üçün meyarlar, onların hüquq və vəzifələri barədə mövzulara toxunub.

Təlimin sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və ekspert tərəfindən iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, Neftçala və Salyan bölgəsində fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə maraq göstərən şəxslər bilik və bacarıqlarını artırmaq üçün Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin peşəkar ekspertləri tərəfindən keçirilən təlimlərdə iştirak edə bilərlər. Bunun üçün https://neftcala.kobim.az/az vasitəsilə birbaşa və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmək olar.

Neftçala-Salyan KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.