• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən gənc sahibkara məsləhət xidməti göstərilib

Sosial şəbəkələr yaradılarkən onların əsas funksiyası insanlar arasında ünsiyyət vasitəsi kimi nəzərdə tutulsada, zaman keçdikcə bu seqment biznesin yaradılması və inkişafına müsbət təsir etməyə başladı.

Avqustun 9-da Neftçala-Salyan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən biznesə yeni başlayan sahibkarın müraciəti əsasında “İnstagram” sosial media platformasının düzgün və effektiv idarə edilməsi ilə bağlı fərdi məsləhət xidməti göstərilib.

Mərkəzin təlimçi-eksperti tərəfindən sahibkara düzgün hədəf kütləsinin seçilməsi, effektiv ödənişli reklamların həyata keçirilməsi, operativ cavablandırma sistemi ilə bağlı məlumatlar verilib. Fəaliyyətə yeni başlayan sahibkara sosial media üzərindən biznesinin daha geniş auditoriyaya tanıdılması məqsədi ilə düzgün SMM planın tərtib olunmasının vacibliyi bildirilib və bu istiqamətdə müzakirələr aparılıb.

Qeyd edək ki, Neftçala-Salyan KOBİM tərəfindən KOB subyektinə zərurət yarandığı təqdirdə bu və ya digər mövzularla bağlı məsləhət xidmətlərinin göstərilməsi davam edəcək.

Neftçala-Salyan KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.