• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM “Biznes planın hazırlanması” mövzusunda  təlim keçirib

Avqustun 10-da Neftçala-Salyan KOB İnkişaf Mərkəzində mikro, kiçik və orta sahibkarlar (KOB) və biznesə başlamaq istəyənlər üçün “Biznes planın hazırlanması” mövzusunda təlim keçirilib. 

Təlimdə Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin eksperti tərəfindən biznes planın hazırlanması, bazar araşdırması, marketinq, investisiya layihələri, biznesin hüquqi formaları barədə ətraflı məlumat verilib. Bununla yanaşı, biznes planların hazırlanmasında büdcənin düzgün tərtib edilməsi, nağd pul axını, satış, alış və tədarük, gəlir və xərclər planının müəyyən edilməsi haqqında danışılıb. Pandemiya qaydalarına uyğun olaraq 9 nəfərin iştirak etdiyi təlimdə beyin həmləsi, qrup işləri və bu kimi digər metodlarla interaktiv formada keçirilib.

Təlimin sonunda ekspert tərəfindən iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.