• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən məsləhət xidməti göstərilib

Neftçala-Salyan KOB İnkişaf Mərkəzində reklam distributorları kimi fəaliyyət göstərən və öz biznesini qurmaq istəyən İsayeva Məryəm və İsayeva Sonaxanıma hüquqi və fiziki şəxs anlayışları, onlar arasında oxşar və fərqli cəhətlər mövzusunda fərdi məsləhət xidmətləri göstərilib.

Avqustun 12-də baş tutan məsləhət xidməti çərçivəsində müraciət edən şəxslərə Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) təsis edilməsi, fərdi sahibkarlıq fəaliyyətinin hüquqi əsasları və mövzu ilə bağlı digər məqamlar haqqında Mərkəzin təlimçi-eksperti tərəfindən zəruri məlumatlar verilib. Qeyd edək ki, məsləhət xidməti göstərilən xanımlar daha öncə də Mərkəzin bu kimi xidmətlərindən istifadə ediblər.

Neftçala-Salyan KOBİM-in təlim və məsləhət xidmətlərindən yararlanmaq istəyən KOB subyektləri (+99455) 204 93 96 nömrəsi ilə əlaqə saxlaya və ya https://neftcala.kobim.az/ poçt ünvanına müraciət edə bilərlər. Bildirək ki, Mərkəz tərəfindən göstərilən bütün növ xidmətlər ödənişsizdir.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.