• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən məsləhət xidməti göstərilib

Neftçala-Salyan KOB İnkişaf Mərkəzi tərəfindən “Biznesdə effektiv ünsiyyət” mövzusunda keçirilən təlimin iştirakçısı olmuş "Biznesini yarat" marafonunun qalibi, restoran-xidmət sektorunda fəaliyyət göstərən Sadiq Məmmədovun müraciətinə əsasən məsləhət xidməti göstərilib.

Avqustun 18-də baş tutan məsləhət xidməti çərçivəsində Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin eksperti tərəfindən müraciət edən sahibkara fəaliyyətə başlayacaq restoranında işçilər və müştərilərlə ünsiyyət qaydaları barədə ətraflı məlumat verilib. Məsləhət xidməti zamanı bədən dili, jest və mimikalardan düzgün istifadə, şifahi təqdimat üsulları, həmçinin “XFS düsturu” (xüsusiyyət, fayda, sual), kommunikativ maneələr haqqında geniş məlumatlar verilib.

Neftçala-Salyan KOBİM-in təlim və məsləhət xidmətlərindən yararlanmaq istəyən KOB subyektləri (+99455) 204 93 96 nömrəsi ilə əlaqə saxlaya və ya https://neftcala.kobim.az/ poçt ünvanına müraciət edə bilərlər.

Neftçala-Salyan KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən təlim və məsləhət xidmətləri ödənişsizdir.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.