• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Avqustun 20-də Neftçala-Salyan KOB İnkişaf Mərkəzində mikro, kiçik və orta sahibkarlar (KOB) və biznesə başlamaq istəyənlər üçün "İnsan resurslarının idarə edilməsi" mövzusunda #təlim keçirilib.

Təlimdə Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin eksperti tərəfindən insan resurslarının idarə edilməsinin tarixi, HR və kadrlar şöbəsinin fərqi, insan kapitalı, təlim və tədris, attestasiyalar barədə ətraflı məlumat verilib. Bununla yanaşı, insan resurlarının idarə edilməsinin əsasları, praktiki məsələlər və biznes keyslər haqqında danışılıb. Ümumilikdə 8 nəfər KOB subyektlərinin və biznesə başlamaq istəyənlərin iştirakı ilə keçirilən təlim pandemiya qaydalarına uyğun təşkil olunub.

Qeyd edək ki, Neftçala-Salyan KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər, o cümlədən təlimlər, məsləhət xidmətləri, şəbəkələşməyə və biznes planın hazırlanmasına dəstək xidmətləri ödənişsizdir. Bu xidmətlərdən yararlanmaq istəyən şəxslər https://neftcala.kobim.az/ vasitəsilə birbaşa və ya sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-ə müraciət edən sahibkarlar üçün ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzində ...

.