• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən yeni KOB subyektinə məsləhət xidməti göstərilib

Neftçala-Salyan KOB İnkişaf Mərkəzi tərəfindən keçirilən bir neçə təlim və məsləhət xidmətindən faydalanmış, restoran-xidmət sektorunda fəaliyyət göstərən və hal-hazırda yeni KOB subyekti olmuş Sadiq Məmmədovun müraciətinə əsasən növbəti məsləhət xidməti göstərilib.

Avqustun 23-də baş tutan məsləhət xidməti çərçivəsində Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin eksperti tərəfindən müraciət edən sahibkara rəqib analizi, qiymətqoyma taktikası, bazar araşdırmasının düzgün keçirilməsi, seqmentasiya, hədəf kütləsi, müştəri məmnuniyyəti kimi mövzular haqqında geniş məlumatlar verilib.

Qeyd edək ki, Neftçala-Salyan KOBİM-in təlim və məsləhət xidmətlərindən yararlanmaq istəyən KOB subyektləri  (+99455) 204 93 96  nömrəsi ilə əlaqə saxlaya və ya https://neftcala.kobim.az/ poçt ünvanına müraciət edə bilərlər.

Mərkəz tərəfindən göstərilən bütün növ məsləhət xidmətləri ödənişsizdir.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.