• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala şəhərində fəaliyyət göstərən baytarlar üçün maarifləndirici təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Kənd təsərrüfatının rəqabətqabiliyyətinin gücləndirilməsi" layihəsi çərçivəsində baytar həkimlərin özəl xidmətə keçidinə dəstək göstərir. Layihə çərçivəsində 52 rayon üzrə 1416 baytar həkimin baytarlıq və sahibkarlıq fəaliyyətinin təşkili üzrə təlimlərə cəlb edilməsi nəzərdə tutulur. Biznes fəaliyyəti ilə bağlı təlimlər KOBİA-nın KOB inkişaf mərkəzləri tərəfindən həyata keçirilir.   

Regionlarda baytarlıq xidmətləri sahəsində sağlam rəqabət yaradılmasını təmin etmək üçün baytarlıq subyektlərinin peşəkarlığının artırılması məqsədilə Neftçala şəhərində maarifləndirici təlim keçirilib.


Neftçala-Salyan KOB İnkişaf Mərkəzi tərəfindən keçirilən təlim "Sahibkarlığın qurulması və biznesin təşkili" mövzusunda təşkil olunub. Avqustun 26-da keçirilən təlimlərdə 3 qrup və hər qrupda 8 nəfər olmaqla, 24 baytar həkimlər iştirak edib.


Neftçala-Salyan KOBİM-in təlimçi-eksperti tərəfindən sahibkarlıq fəaliyyətinin əsas hüquqi formaları və istehsalat faktorları barədə iştirakçılara ətraflı məlumat verilib. Bununla yanaşı, VÖEN, DSMF, Asan İmza, bank hesabının açılması, hesabatlılıq (Vergi,DSMF,Statistika) kimi vacib məqəmlara toxunulub.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.