• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Salyan rayonunda fəaliyyət göstərən baytarlar üçün maarifləndirici təlim keçirilib

 Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd təsərrüfatının rəqabətqabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində baytar həkimlərin baytarlıq və sahibkarlıq fəaliyyətinin təşkili üzrə təlimlər davam edir.

Avqustun 26-da Neftçala-Salyan KOB İnkişaf Mərkəzi tərəfindən keçirilən təlim "Sahibkarlığın qurulması və biznesin təşkili" mövzusunda təşkil olub. Pandemiya qaydalarına uyğun olaraq təlimlərdə  hər qrupda 10 nəfər olmaqla, 30 baytar iştirak edib.

Neftçala-Salyan KOBİM-in təlimçi-eksperti tərəfindən sahibkarlıq fəaliyyətinin əsasları, hüquqi anlayışlar, istehsalat faktorları barədə iştirakçılara ətraflı məlumat verilib. Bununla yanaşı, maliyyə hesabatları, vergi ödənişləri, ASAN İmzadan istifadə qaydaları haqqında da danışılıb.

Qeyd edək ki, Neftçala-Salyan KOBİM tərəfindən baytarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlara təlim və məsləhət xidmətlərinin göstərilməsi davam edəcək. Mərkəz tərəfindən göstərilən bütün növ xidmətlər ödənişsizdir.

 

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.