• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOB İnkişaf Mərkəzi tərəfindən növbəti məsləhət xidməti göstərilib

Neftçala-Salyan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən tamet istehsalı və satışı ilə məşğul olan sahibkar Təbriz Mehmanova fərdi məsləhət xidməti göstərilib.

Sentyabrın 2-də baş tutan məsləhət xidməti çərçivəsində sahibkara biznesin inkişaf etdirilməsi, satışın təşkili məqəsdilə işdə stressin və vaxtın idarə olunması, rəqiblərlə davranış, səmərəliliyin artırılması istiqamətində geniş məlumatlar verilib. Bununla yanaşı sahibkara müştəri münasibətləri, bazar araşdırması, alıcılıq qabiliyyətinin artırılması barədə məsləhət xidməti göstərilib.

Qeyd edək ki, zərurət yarandığı təqdirdə KOB subyektinə bu və ya digər mövzularla bağlı Neftçala-Salyan KOBİM tərəfindən məsləhət xidmətlərinin göstərilməsi davam edəcək.

Neftçala-Salyan KOBİM-in təlim və məsləhət xidmətlərindən yararlanmaq istəyən KOB subyektləri və biznesə başlamaq istəyənlər (+99455) 204 93 96 nömrəsi ilə əlaqə saxlaya və ya https://neftcala.kobim.az/ elektron poçt ünvanına müraciət edə bilərlər.

Neftçala-Salyan KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.