• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən təlim keçirilib

Peşəkar idarəetmə və effektiv ünsiyyət bacarıqları uğur əldə etmək üçün vacib səriştələrdən biridir. Müsbət rabitə dairəsini yaratmaq karyerada sürətli inkişafın təməli hesab edilə bilər.

Sentyabrın 10-da Neftçala-Salyan KOB İnkişaf Mərkəzində (KOBİM) mikro, kiçik və orta sahibkarlar və biznesə başlamaq istəyənlər üçün "İdarəetmə bacarıqları və biznesdə effektiv ünsiyyət " mövzusunda təlim keçirilib.

Neftçala-Salyan KOBİM-in peşəkar eksperti tərəfindən təlimdə liderlik bacarıqları, problemlərin həlli, qərar qəbuletmə, planlaşdırma, kommunikasiya və vaxtın idarə edilməsi, effektiv ünsiyyət formaları, empatiya və sendviç metodları haqqında bəhs edilib.

Ümumilikdə 8 KOB subyektinin və biznesə başlamaq istəyənlərin iştirakı ilə keçirilən təlim pandemiya qaydalarına uyğun təşkil olunub.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.