• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti məsləhət xidməti keçirilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən sahibkarların maarifləndirilməsi istiqamətində təlim və məsləhət xidmətlərini davam etdirir.

Sentyabrın 13-də Neftçala-Salyan KOBİM-ə müraciət edən telefon aksesuarları mağazasının sahibi Xəyyam Kərimov və "Playstation" salonunun sahibi Bəhruz Əzizov satış imkanlarını genişləndirilməsi üçün məsləhət xidmətinə ehtiyaclarının olduğunu bildirilib.

Məsləhət xidmətləri çərçivəsində Neftçala-Salyan KOBİM-in eksperti tərəfindən hər iki sahibkara rəqabətli bazar anlayışı, müştəri məmnuniyyəti, biznes obyektinin yerinin önəmli olması barədə ətraflı məlumat verilib. Həmçinin məhsul çeşidlərinin artırılması və düzgün marketinqin tədbiqi biznesin sürətli inkişafına müsbət təsiri haqqında danışılıb.

Qeyd edək ki, Neftçala-Salyan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.