• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən məsləhət xidmətlərinin keçirilməsi davam edir

Neftçala-Salyan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən mövcud biznesini genişləndirmək istəyən və yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün təlim və məsləhət xidmətlərinin həyata keçirilməsi davam edir.

Sentyabr 16-17-də  Neftçala-Salyan KOBİM-ə daxil olmuş müraciətlər əsasında bərbərlik, heyvandarlıq, mebel istehsalı və satışı ilə məşğul olan sahibkarlardan, həmçinin  restoran fəaliyyəti və meyvə tərəvəz satışı ilə məşğul olmaq istəyənlərdən daxil olmuş müraciətlər ayrı-ayrılıqda araşdırılaraq fərdi məsləhət xidmətləri göstərilib.

Neftçala-Salyan KOBİM-in ekspertləri tərəfindən sahibkarların ehtiyaclarına uyğun olaraq, maliyyə resurslarına çıxış, kredit şərtləri, güzəştlər, biznesə yenə başlayanlar üçün mövcud imkanlar, EU4Business - Aİ Yerli Valyuta Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində kreditlərin əldə edilməsi, banklara müraciət qaydaları haqqında ətraflı məlumatlar verilib. Bununla yanaşı, biznesin inkişaf etdirilməsi üçün xüsusi olaraq sanitar- epidemioloji qaydaların gözlənilməsi, xüsusi avadanlıqlardan istifadə edilməsi, müştəri məmnuniyyəti və satış imkanlarının genişləndirilməsi ətraflı şəkildə izah edilib. Fərdi məsləhət xidmətləri onlayn platforma üzərindən və fiziki görüş formatında keçirilən görüşlərdən 6 şəxs yararlanıb.

Qeyd edək ki, Neftçala-Salyan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Bu xidmətlərdən yararlanmaq istəyən şəxslər https://neftcala.kobim.az/ vasitəsilə birbaşa və ya sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.