• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM təfəfindən növbəti təlim keçirilib

Sentyabrın 21-də Neftçala-Salyan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün "Əmək Qanunvericiliyi və İşçilərin İcbari Sığortası" mövzusunda təlim keçirilib. 

Neftçala-Salyan KOBİM-in peşəkar eksperti tərəfindən işçilərin  icbari sığortasının qanunla tənzimləməsi, sığorta haqqının və sığorta məbləğinin hesablanması, sığorta ödənişinin növləri və sığorta hadisəsinin müəyyən olunması kimi vacib məqamlar vurğulanıb. Eyni zamanda sığorta ödənişindən imtina əsasları geniş şəkildə izah edilib.

Pandemiya qaydalarına uyğun keçirilən təlimdə 8 KOB subyekti iştirak edib. Təlim beyin həmləsi, qrup işləri və bu kimi digər metodlardan istifadə etməklə interaktiv formada keçirilib.

Təlimin sonunda ekspert tərəfindən iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Neftçala və Salyan bölgəsində fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə maraq göstərən şəxslər bilik və bacarıqlarını artırmaq üçün Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin peşəkar ekspertləri tərəfindən keçirilən təlimlərdə iştirak edə bilərlər. Bunun üçün https://neftcala.kobim.az/az vasitəsilə birbaşa və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmək olar.

Neftçala-Salyan KOBİM tərəfindən keçirilən bütün xidmətlər ödənişsizdir.

 

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.