• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən sahibkarların və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərin maarifləndirilməsi tədbirləri davam etdirilir.

Sentyabrın 28-də Neftçala-Salyan KOBİM tərəfindən  KOB subyektləri üçün "Yaradıcı düşüncə və innovativ həllər" mövzusunda təlim həyata keçirilib.

10 nəfərin iştirak etdiyi təlimdə Neftçala-Salyan KOBİM-in eksperti yaradıcı nitqin düşüncəyə təsiri, innovativ həllər üçün yaradıcı düşüncənin rolları kimi vacib məqamlardan danışıb. Eyni zamanda tədbir iştirakçılarının diqqətinə "4D.N Modeli" – "Dünya, Düşüncə, Duyğular, Davranış və Nitq" haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, Neftçala-Salyan KOBİM-in xidmətlərdən yararlanmaq istəyən şəxslər https://neftcala.kobim.az/ vasitəsilə birbaşa və ya sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Neftçala-Salyan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-ə müraciət edən sahibkarlar üçün ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzində ...

.