• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Yaradıcı  düşüncə  ənənəvi yanaşmadan kənara çıxaraq, ziddiyyətli fikirləri bir araya gətirib yenilik yaratmaq deməkdir. Bu da öz növbəsində problemlərə və vəziyyətlərə yeni bir baxış bucağından baxmağa köməklik edir. 

Oktyabrın 7-də Neftçala-Salyan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektlərinə "Yaradıcı düşüncə və innovativ həllər" mövzusunda təlim keçirilib.

Neftçala-Salyan KOBİM-in eksperti tərəfindən yaradıcı düşünçənin nə olduğu, onun həyatımıza düzgün tətbiqi, yaradıcı nitqin düşüncənin biznesə müsbət təsiri haqqında ətraflı məlumat verilib.  4 sahibkarın iştirak etdiyi təlim interaktiv formada keçirilib. Təlimin sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Neftçala-Salyan KOBİM-in təşkil etdiyi təlimlərdə iştirak etmək və ya fərdi məsləhət xidmətlərindən yararlanmaq istəyən şəxslər https://neftcala.kobim.az/ vasitəsilə birbaşa və ya sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Neftçala-Salyan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-ə müraciət edən sahibkarlar üçün ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzində ...

.