• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOB İnkişaf Mərkəzi tərəfindən sahibkarlar üçün növbəti təlim təşkil olunub

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan  KOB İnkişaf Mərkəzində (KOBİM) sahibkarların maarifləndirilməsi istiqamətində təşkil etdiyi təlimlər davam edir.

Oktyabrın 12-də  Neftçala-Salyan KOBİM tərəfindən KOB subyektləri üçün "Sadələşdirilmiş vergi və vahid rüblük hesabatların tərtib edilməsi qaydaları"na mövzusunda təlim keçirilib. Təlimdə Neftçala-Salyan KOBİM-in peşəkar eksperti tərəfindən uçotun növləri, müəssisə və fiziki şəxslərin qeydiyyatı, sadələşdirilmiş vergi haqqında ətraflı məlumat verilib. Bununla yanaşı vergi hesabatı və vahid bəyannamə hesabatlarının tərtib olunması əyani şəkildə təlim iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edək ki, Neftçala-Salyan KOBİM-in təşkil etdiyi təlimlərdə iştirak etmək və ya məsləhət xidmətlərindən yararlanmaq istəyən şəxslər https://neftcala.kobim.az/ vasitəsilə birbaşa və ya sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Neftçala-Salyan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.