• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Oktyabrın 13-də Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən "ƏDV bəyənnamlərinin verilməsi və ƏDV -nin ödənilməsi" mövzusunda təlim keçirilib.

Təlimdə Neftçala-Salyan KOBİM-in eksperti tərəfindən əlavə dəyər vergisi (ƏDV) anlayışı və qeydiyyatı, ƏDV ödəyiciləri haqqında ətraflı məlumat verilib. Eyni zamanda KOB subyektlərinə ƏDV hesabatı və əvəzləşdirilməsi kimi mövzulardan danışılıb. Pandemiya qaydalarına uyğun olaraq 6 KOB subyektinin iştirak etdiyi təlim interaktiv formada keçirilib.

Qeyd edək ki, Neftçala-Salyan KOBİM tərəfindən göstərilən bütün xidmətlər, o cümlədən təlimlər, məsləhət xidmətləri, şəbəkələşməyə və biznes planın hazırlanmasına dəstək xidmətləri ödənişsizdir. Bu xidmətlərdən yararlanmaq istəyən şəxslər https://neftcala.kobim.az/ vasitəsilə birbaşa və ya sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Neftçala-Salyan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-ə müraciət edən sahibkarlar üçün ...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzində ...

.