• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Salyan şəhərində KOB subyektlərinə növbəti təlim keçirilib

Neftçala-Salyan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən Salyan şəhərində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar üçün təlim və məsləhət xidmətlərinin göstərilməsi davam edir.

Oktyabrın 15-də Salyan şəhərində "Kadrlar arasında düzgün müəyyən münasibətlərin qurulması və motivasiya" mövzusunda təlim keçirilib. Təlimdə Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin eksperti tərəfindən kadrların motivasiyası, subardinasiya qaydaları, əməkdaşlar arasında münasibətlər haqqında geniş məlumat verilib. Pandemiya qaydalarına uyğun olaraq keçirilən təlim 5 KOB subyektinin iştirak ilə beyin həmləsi, qrup işləri və bu kimi digər metodlardan istifadə etməklə interaktiv formada həyata keçirilib. Təlimin sonunda ekspert tərəfindən iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Neftçala-Salyan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.