• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən məsləhət xidmətlərinin göstərilməsi davam edir

Neftçala-Salyan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən mikro, kiçik və orta sahibkarlar, eləcə də biznes fəaliyyətinə başlamaq istəyən şəxslər üçün məsləhət xidmətlərinin göstərilməsi davam etdirilir.

Oktyabrın 20-də Neftçala-Salyan KOBİM-ə ticarət sahəsində xidmət göstərən KOB subyektləri Elmir Quliyev və Əlifağay İsgəndərov, ət və ət məhsullarının satışı ilə məşğul olan Əlövsət Abdullayev, plastik qapı-pəncərə istehsalı sexinin sahibi Bəhruz Rüstəmov, mobil telefon və ehtiyyat hissələrinin satışı məşğul olan Talıb Səmədov tərəfindən məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı müraciət edib. Müraciətə əsasən Neftçala-Salyan KOBİM-in ekspertləri tərəfindən rəqib analizi, qiymətin müəyyən olunması siyasəti, məhsul çeşidi və müştəri məmnuniyyəti, vitrin düzülüşü, satış hədəfləri, məhsulun gigiyenik satışının təşkili haqqında ətraflı məlumatlar verilib. Eyni zamanda xammalın keyfiyyəti, qiymətqoyma, satış kanalları və çatdırılma-quraşdırma işləri, tanıtım, onlayn satış şərtləri ətraflı şəkildə izah edilib.

Qeyd edək ki, zərurət yarandığı təqdirdə KOB subyektlərinə bu və ya digər mövzularla bağlı Neftçala-Salyan KOBİM tərəfindən məsləhət xidmətlərinin göstərilməsi davam edəcək.

Neftçala-Salyan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.