• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

KOB subyektləri üçün növbəti təlim keçirilib

Neftçala-Salyan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektlərinə növbəti təlim keçirilib.

Oktyabrın 21-də  Neftçala-Salyan KOBİM tərəfindən "KOB-un hesabatlılığı-3:Gəlir və mənfəət vergisi" mövzusunda təlim keçirilib. Təlimdə Neftçala-Salyan KOBİN-in eksperti tərəfindən gəlir və mənfəət vergisinin fərqi, vergi ödəyiciləri, vergitutma mexanizmi, vergi yükünün müəyyən edilməsi üsulları haqqında ətraflı məlumat verilib. Həmçinin vergidən azadolmalar və güzəştlər, maya dəyərinin hesablanması, uzunmuddətli və qısamüddətli öhdəliklər barədə də iştirakçılara zəruri bilgilər verilib.

Qeyd edək ki, Neftçala-Salyan KOBİM tərəfindən göstərilən bütün xidmətlər, o cümlədən təlimlər, məsləhət xidmətləri, şəbəkələşməyə və biznes planın hazırlanmasına dəstək xidmətləri ödənişsiz həyata keçirilir. Bu xidmətlərdən yararlanmaq istəyən şəxslər https://neftcala.kobim.az/ vasitəsilə birbaşa və ya sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Neftçala-Salyan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.