• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM "Marketinqin düzgün təşkili və rəqib analizi" mövzusunda  təlim keçirib

Oktyabrın 22-də Neftçala-Salyan KOB İnkişaf Mərkəzində KOB subyetkləri üçün "Marketinqin düzgün təşkili və rəqib analizi" mövzusunda təlim keçirilib. 

Təlimdə Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin eksperti tərəfindən rəqib araşdırması, birbaşa və dolayı rəqiblər, SWOT analizi, marketinqin əhəmiyyəti haqqında zəruri məlumatlar verilib. Bununla yanaşı, təlim çərçivəsində marketinqin növləri və marketinqin planlaşdırılması: mövcud marketinq vəziyyəti, təhlükə və imkanların təhlili, vəzifələr və problemlər, büdcə və nəzarət kimi önəmli məqamlara toxunulub.

Pandemiya qaydalarına uyğun olaraq 7 sahibkarın iştirak etdiyi təlimdə beyin həmləsi, qrup işləri və bu kimi digər metodlarla interaktiv formada keçirilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.