• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən məsləhət xidmətlərinin göstərilməsi davam etdirilir

Neftçala-Salyan KOB inkişaf mərkəzi (KOBİM) tərəfindən mövcud biznesini genişləndirmək və yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün təlim və məsləhət xidmətlərinin həyata keçirilməsi davam edir.

Oktyabrın 21-22-də  Neftçala-Salyan KOBİM-ə daxil olmuş müraciətlər əsasında mebel satışı, turizm fəaliyyəti, ofis ləvazimatlarının və məişət avadanlıqlarının satışı və əczaçılıqla məşğul olan sahibkarlara ayrı-ayrılıqda fərdi məsləhət xidmətləri göstərilib. 

Neftçala-Salyan KOBİM-in ekspertləri tərəfindən Neftçala rayonu üzrə turizm perspektivi və turların təşkil olunması, satış kanallarına çıxışa dəstək və satış strategiyasının düzgün təşkili haqqında ətraflı məlumatlar verilib. Bununla yanaşı, müştəri xarakteri, müştəri davranışına uyğunlaşma, ehtiyacın doğru qiymətləndirilməsi, təqdimat bacarıqları, məhsulun üstünlüklərinin üzə çıxarılmasının önəmli tərəfləri ətraflı şəkildə izah edilib.

Qeyd edək ki, Neftçala-Salyan KOBİM-in xidmətlərdən yararlanmaq istəyən şəxslər https://neftcala.kobim.az/ vasitəsilə və ya sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Neftçala-Salyan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.