• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən məsləhət xidməti göstərilib

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzində (KOBİM) sahibkarların maarifləndirilməsi istiqamətində təşkil etdiyi məsləhət xidmətləri davam edir.

Oktyabrın 28-də mövcud biznesini təkmilləşdirmək  istəyən sahibkar Ramil Tağıyev Neftçala-Salyan KOB İnkişaf Mərkəzinə (KOBİM) müraciət edərək maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək üçün məsləhət xidmətinə ehtiyac duyduğunu bildirib. Ferma sahibi və eyni zamanda kreditlə məişət avdanlıqlarının satışı ilə məşğul olan KOB subyektinin müraciətinə əsasən Neftçala-Salyan KOBİM-in eksperti tərəfindən sahələr üzrə müvafiq araşdırma aparılıb və zəruri məsləhətlər verilib. Sahibkara satışın tənzimlənməsi və güzəştli kreditin əldə edilməsi, müvəkkil kredit təşkilatları ilə düzgün əlaqələrin qurulması haqqında məlumatlar verilib.

Zərurət yarandığı təqdirdə KOB subyektinə bu və ya digər mövzularla bağlı Neftçala-Salyan KOBİM tərəfindən məsləhət xidmətlərinin göstərilməsi davam edəcək.

Qeyd edək ki, Neftçala-Salyan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.