• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən iyul-oktyabr ayları ərzində keçirilən təlim və məsləhət xidmətlərinin statistikası

Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin (KOBİM) iyul ayından oktyabr ayınadək fəaliyyət müddəti ərzində uğurlu nəticələr əldə edilib. Neftçala-Salyan KOBİM tərəfindən yeni biznesə başlamaq istəyənlər üçün motivasiya təlimi, kənd təsərrüfatının bütün sahələri üzrə subsidiyaların verilməsi qaydaları, biznes planın hazırlanması, biznes etikası və etik davranış qaydaları, korporativ hüquq, əmək qanunvericiliyi və işçilərin icbari sığortası, sadələşdirilmiş vergi və vahid rüblük hesabatların tərtib edilməsi qaydaları, ƏDV bəyannamələrinin verilməsi və ƏDV-nin ödənilməsi, gəlir və mənfəət vergisi, marketinqin düzgün təşkili və rəqib analizi və s. kimi 27 mövzuda 98 saat təlim həyata keçirilib. Təlimlərdə 102 qadın və 51 gənc olmaqla ümumilikdə 250 nəfər iştirak edib.
Neftçala-Salyan KOBİM fəaliyyət istiqamətinə uyğun olaraq, biznes planın hazırlanması, satış kanallarına çıxışa dəstək, marketinq məsləhətləri, biznes ideyanın formalaşdırılması, biznes planlama, təqdimat bacarıqları, strateji idarəetmə, fərdi inkişaf və motivasiya, maliyyə resurslarına çıxış, biznes kreditlərin əldə edilməsi, sosial medya marketinq və s. kimi istiqamətlərdə ümumilikdə 161 saat olmaqla 52 KOB subyektinə məsləhət xidməti göstərib. Göstərilən məsləhət xidməti nəticəsində 3 biznes plan hazırlanması təmin olunub.

Neftçala və Salyan rayonlarında balıqçılıq, pambıqçılıq, heyvandarlıq, əkinçilik, bərbərxana, kənd təsərrüfatı, ictimai-iaşə kimi sahələrdə fəaliyyət göstərən 52 nəfər sahibkar ilə görüş, 2 şəbəkələşmə xidməti həyata keçirilib.

Qeyd edək ki, Neftçala-Salyan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.