• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM-in təşkilatçılığı ilə şəhid ailələri və qazilərlə görüş keçirilib

İşğal altındakı torpaqlarımızın azad edilməsi və tarixi ədalətin bərpası ilə nəticələnən böyük qələbə tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. 

Noyabrın 4-də Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin (KOBİA) təşkilatçılığı ilə "Zəfər Günü" münasibətilə şəhid ailələri və qazilərlə görüş keçirilib. Görüşdə Neftçala-Salyan KOBİM-in nümayəndələri və digər rəsmi şəxslər iştirak edib. Neftçala-Salyan KOBİM-in əməkdaşları 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanmasından, Zəfərlə sona çatan müharibədə Vətənimizin igid oğullarının qəhrəmanlıqlarından danışıb. Tədbirdə çıxış edən hər bir şəxs ilk növbədə bu tarixi hadisəni bizə yaşadan şəhid və qazilərimizə borclu olduğumuzu, eyni zamanda dövlət tərəfindən göstərilən qayğı və diqqətin ən yüksək səviyyədə olmasını vurğuladılar. Bununla yanaşı Neftçala-Salyan KOBIM tərəfindən sahibkarlıq sahəsində şəhid ailələri və qazilərlə göstərilən dəstəklər və güzəştlər haqqında danışıldı.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.