• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən "Korporativ hüquq" mövzusunda onlayn təlim keçirilib

Korporativ hüquq – kommersiya hüququ institutu olaraq, özündə hüquqi şəxsin təsis olunmasını və fəaliyyəti ilə bağlı münasibətlərin hüquqi nizamlanmasının xüsusi və ümumi metodlarını, davranış norma və qaydalarının vəhdətini təşkil edir.

Noyabrın 11-də Neftçala-Salyan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün "Korporativ hüquq" mövzusunda onlayn təlim keçirilib. 

9 KOB subyektinin iştirak etdiyi təlimdə Neftçala-Salyan KOBİM-nin eksperti tərəfindən korporativ hüquq anlayışı, məqsədləri, korporativ hüququn növləri və metodları haqqında ətraflı məlumat verilib. Bununla yanaşı kommersiya təşkilatları, məhdud məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyət anlayışları, ASC və QSC-lər, onlar arasında oxşar və fərqli cəhətlər, qeydiyyat qaydaları, qeydiyyatdan sonrakı mərhələ kimi önəmli məqamlara toxunulub.

Qeyd edək ki, Neftçala və Salyan bölgəsində fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə maraq göstərən şəxslər bilik və bacarıqlarını artırmaq üçün Neftçala-Salyan KOBİM-in peşəkar ekspertləri tərəfindən keçirilən təlimlərdə iştirak edə bilərlər. Bunun üçün https://neftcala.kobim.az/az vasitəsilə birbaşa və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmək olar.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.