• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçalada qadın sahibkarlarla görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişafı Mərkəzinin (KOBİM) təşkilatçılığı ilə regionda fəaliyyət göstərən qadın sahibkarlarla görüş keçirilib.

Noyabrın 12-də Neftçala-Salyan KOBİM təşkilatçılığı ilə keçirilən görüşdə müxtəlif sahələrdə fəaliyyət göstərən 10 qadın KOB subyekti iştirak edib. Görüşdə biznes ideyanın formalaşması, şəbəkələşmə, onlayn məhsul satışı, mövcud biznesin inkişaf strategiyası, sahibkarların avadanlıqlarla təmin edilməsi ilə bağlı məşğulluğa dəstək proqramı barəsində ətraflı məlumat verilib. Qadın sahibkarlar fəaliyyət göstərdikləri sahələrdən danışıb, yeni biznes ideyaları reallaşdırılması istiqamətində müvafiq dəstəyə ehtiyac duyduqlarını bildiriblər. Nəticə olaraq sahibkarların müraciətlərinə əsasən növbəti mərhələdə onlardan bir neçəsinə fərdi məsləhət xidmətlərinin göstərilməsi də planlaşdırılır.

Qeyd edək ki, Neftçala-Salyan KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər, o cümlədən təlimlər, məsləhət xidmətləri, şəbəkələşməyə və biznes planın hazırlanmasına dəstək xidmətləri ödənişsizdir. Bu xidmətlərdən yararlanmaq istəyən şəxslər https://neftcala.kobim.az/ vasitəsilə birbaşa və ya sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.