• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən "Satışın təşkili, müştəriyönümlü satış" mövzusunda onlayn təlim keçirilib

Satış , bir məhsulun və ya xidmətin müştəri tərəfindən satın alınaraq ödənməsi, başqa sözlə bir məhsul və ya xidmətin pula çevrilməsidir. Satış, satıcı ilə alıcı arasında bir malın alıcıya verilməsi, bunun qarşılığında bir qiymət, bir dəyər alınması yolu ilə edilən əməliyyatdır.

Noyabrın 19-da Neftçala-Salyan KOB İnkişaf Mərkəzində (KOBİM) KOB subyektləri və satış menecerləri üçün "Satışın təşkili, müştəriyönümlü satış" mövzusunda onlayn təlim keçirilib.

Təlimdə Neftçala-Salyan KOBİM-in eksperti satış nədir, müştəri kimdir, satış texnologiyalarının tətbiqi, etirazlarla iş, satış planının hazırlanması kimi mövzulardan danışıb.  Eyni zamanda müştərilərin ehtiyacının müəyyən olunması, yeni müştərilərlə işləmək və tanıtım, mövcud müştərilərlə əlaqələrin saxlanılması və münasibətin inkişafı haqqında da geniş məlumat verilib.

Onlayn keçirilən təlimdə 15 KOB subyektləri və satış menecerləri iştirak ediblər.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.