• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən KOB subyektləri üçün növbəti maarifləndirici onlayn təlim keçirilib

İdarəetmə bacarıqları hər hansı bir obyektə, prosesə müxtəlif vasitələrlə təsir edib, onu mövcud vəziyyətdən arzu olunan vəziyyətə gətirə bilmək bacarığıdır.

Noyabrın 20-də Neftçala-Salyan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən KOB subyektləri üçün "İdarəetmə bacarıqları, fərdi inkişaf" mövzusunda onlayn təlim keçirilib. 

9 KOB subyektinin iştirak etdiyi təlimdə Neftçala-Salyan KOBİM-nin eksperti tərəfindən menecmentin üsul və vasitələri, menecment anlayışı, menecerin rolu və səlahiyyətləri, liderliyin idarəetmədə rolu, lider və menecerlərin oxşar və fərqli cəhətləri, effektiv liderlərin ümumi xüsusiyyətləri, fərdi və iş vaxtının planlaşdırılması anlayışları kimi önəmli məqamlara toxunulub.

Qeyd edək ki, Neftçala və Salyan bölgəsində fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə maraq göstərən şəxslər bilik və bacarıqlarını artırmaq üçün Neftçala-Salyan KOBİM-in peşəkar ekspertləri tərəfindən keçirilən təlimlərdə iştirak edə bilərlər.

Əlavə məlumat üçün https://neftcala.kobim.az/az vasitəsilə birbaşa və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmək olar.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.