• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən özünəməşğulluğunun təşkilinə dəstək məqsədilə silsilə təlimlər həyata keçirilib

Neftçala-Salyan KOB İnkişaf Mərkəzi (KOBİM) işsiz kimi qeydiyyatda olan məcburi köçkünlərin, ünvanlı dövlət sosial yardımı alanların və gənclərin özünəməşğulluğunun təşkilinə dəstək məqsədilə noyabrın 10-dan 20-dək Neftçala və Salyan rayonlarından 20 nəfər iştirakçıya 10 mövzuda təlimlər keçirilib. Təlimlərdə Neftçala və Salyan KOBİM-in ekspertləri tərəfindən "Biznes ideya və bazar araşdırması", "Marketinq plan", "İstehsal, alış və tədarük planı", "Gəlir və xərclər planı", "Nağd pul axını", "GİZT təhlili və alternativlərin qiymətləndirilməsi", "Amortizasiya və digər xərclərin hesablanması", "Zəruri ilkin kapital və maya dəyəri", "Biznesin hüquqi forması və öhdəlikləri", "Biznesin mərhələləri və satış planı" üzrə mövzularında məlumat verilib.

Təlimlər zamanı mövzular ətrafında birgə müzakirələr aparılıb və iştirakşıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Məşğulluğa Dəstək Layihəsi çərçivəsində keçirilən təlimlər Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Öz Biznesini Başla və İnkişaf Etdir" proqramına əsasən təşkil olunub.  Nəticə olaraq 10 gün davam etmiş təlimlər müddətində iştirakçılar öz biznes ideyaları üçün biznes planlar hazırlayıblar. Qiymətləndirmə komissiyası tərəfindən məqbul hesab edilən biznes plan sahibləri aktivlərlə təmin ediləcəklər.

 

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.