• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Heydər Əliyev Mərkəzi

    Neftçala rayonu

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən təlimlər təşkil edilməsi davam edir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzində (KOBİM) sahibkarların maarifləndirilməsi istiqamətində təşkil etdiyi təlimlər davam edir.

Noyabrın 25-də Neftçala-Salyan KOBİM tərəfindən "Praktik biznes" mövzusunda növbəti onlayn təlim keçirilib.

Təlimdə Neftçala-Salyan KOBİM-in eksperti biznes planın əhəmiyyəti, marketinq plan, GZİT təhlil haqqında ətraflı məlumat verilib. Həmçinin satış planı, maya dəyəri və xərclərin hesablanması, biznesin təşkilatı hüquqi formaları haqqında fikir mübadiləsi aparılıb. Onlayn təlimdə 9 KOB subyekti iştirak edib.

Neftçala-Salyan KOBİM-in təşkil etdiyi təlimlərdə iştirak etmək və ya fərdi məsləhət xidmətlərindən yararlanmaq istəyən şəxslər https://neftcala.kobim.az/ saytı vasitəsilə və ya Mərkəzin sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. Neftçala-Salyan KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Xəbərlər

Neftçala-Salyan KOBİM tərəfindən növbəti təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzi ...

.

Xəbərlər

Neftçala-Salyan KOBİM-in ekspertləri potensial sahibkarlarla görüşüb

Yanvarın 14-ü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Neftçala-Salyan KOB İnkişaf Mərkəzinin ...

.